SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallı rayonunda 16 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, rayonunun Şıxlar kəndində ümumi sahəsi 500 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 280 kvadrat metr sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 16 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS