SİZİN REKLAM BURADA!
055 213 76 73


31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda İİV-infeksiyası aşkar olunmuş şəxslərdən 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olub.

BAKU.WS