SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. Hər növ cinayətlərə əl atan Ermənistan indi də Şuşa meşələrini yandırır. Ən qiymətli bitki növlərimizi məhv edirlər. Ermənistanın Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən od vurması təcavüzkar rejimin qəddar xislətini bir daha açıq-aydın göstərir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102362

"Fosfor bombaların istifadəsi 19-cu əsrdən başlayıb. Birinci Dünya Müharibəsində Vyetnamda geniş istifadə olunub. 1949-cu ildən bu yana Cenevrə konvensiyası ilə fosfor silahlar qadağan olunmuş silahlar növünə daxil edilib. Bu silah yanarkən 1300 dərəcəyə qədər istiliyi olur və əzab verən yandırıcı təsir yaradır. Fosforlar minalarda, mərmilərdə və raketlərdə də olur".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102369

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102376

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102395

Azərbaycanda bu gün koronavirus infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/102399

"Mən dəfələrlə demişəm, əgər Ermənistan bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konkstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/102398

Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimizin tərəfindən məhv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102402

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/102407

Prezident İlham Əliyevin bir çox tanınmış televiziya və informasiya agentliklərində 20-yə yaxın çıxışı olub. Onların hər birində xarici jurnalistlərə verilən cavablar tutarlı və tarixi faktlara əsaslanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/102409

Qondama Dağlıq Qarabağ rejiminin "müdafiə nazirinin müavini", polkovnik Artur Sarkisyan məhv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/102409

BAKU.WS