SİZİN REKLAM BURADA!
055 213 76 73


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərini yerinə yetirən Rusiya Ermənistanı müdafiə edə bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa aid deyil.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

"Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər: KTMT-yə üzv olan ölkə hər hansı təcavüzə, kənardan hücumlara məruz qalarsa, bu halda müqavilənin digər üzvləri həmin dövləti müdafiə etməyə borcludurlar", - deyə Kreml rəsmisi bildirib.

Rusiya Federasiyasının hansı vəziyyətdə hərbi qüvvələrini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərməyə hazır olduğu sualını cavablandıran Peskov bunun KTMT çərçivəsində öhdəliklərdən irəli gəldiyini deyib:

"Bu vəziyyətdə söhbət Ermənistandan gedir, Prezident (Rusiya Federasiyası prezidenti Vladimir Putin) bu iki məsələni açıq şəkildə aydınlaşdırdı və fərqləndirdi. KTMT öhdəlikləri Qarabağa aid deyil".

BAKU.WS