SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz kriptovalyuta mövzusunu yaxından izləyirik və Azərbaycan Mərkəzi Bankı ilə bu istiqamətdə işləyirik".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Maliyyə sistemimizin və iqtisadiyyatımızın xüsusiyyətlərindən irəli gələrək Azərbaycan burada daha mühafizəkar siyasətə üstünlük verir. Xüsusilə, tənzimləmə ilə bağlı, mənim fikrimcə, əsas suallar irəlidədir və bu məsələnin siyasi aspektinin kökü dövlətlərin gələcəkdə verəcəkləri qərardan asılı olacaq. Ödəniş vasitəsi üzərində dövlətin inhisarının əldən verilməsi həddindən artıq həssas və mürəkkəb qərardır. Onun fəsadlarının hamısının hesablanması və nəzərə alınması çox kompleks bir prosesdir. Məhz bu səbəbdən dünyada fərqli yanaşmalar mövcuddur və vahid mövqe formalaşmayana qədər burada sağlam mühafizəkarlığa üstünlük verilməlidir. Hesab edirəm ki, biz bir kateqoriyalardan çıxış etməliyik. Əgər özəl investorlardırsa, özəl tələblərdirsə, prinsip etibarilə bu sahəni izləmək vacibdir. Kriptovalyuta bazarını yüksək riskli aktivlər siyahısına aid edərdim”, - deyə nazir qeyd edib. 

BAKU.WS