SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya dövrü olduğundan Əfqanıstanda 40 il bundan əvvəl həlak olmuş, “Qırmızı ulduz”lu Umudvar Quliyevin məzarı qardaşı və bir neçə nəfər döyüşçü yoldaşı tərəfindən ziyarət edilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məzarı önünə gül dəstələri düzülüb.

Neftçalanın Xolqaraqaşlı kəndində doğulan Umudvar Quliyev ailənin ilk övladı olub. 1979-cu ildə hərbi xidmətə çağırılan Umudvar Əfqanıstana göndərilib.

Orada ağır döyüş yolu keçərək, əsl qəhrəmanlıq nümünələri göstərib. Öz beynəlmiləl borcunu yerinə yetirən Umudvar Quliyevin son döyüşü 1980-ci ildə olub.

Dağlıq ərazilərin birində hərbi texnika karvanı irəliliyərkən əsgərlərlə dolu maşın vurularaq yandırılıb. O zaman 20 nəfərin həyatını xilas edən Umudvar sinəsinə tuş gələn snayper tüfəngindən açılan güllənin qurbanı olub.

Umudvar Quliyev göstərdiyi şücaətə görə “Qırmızı ulduz” ordeni və “Beynəlmiləlçi döyüşçüyə qədirbilən Əfqanıstan xalqından” medalına layiq görülüb.

Həmin vaxtdan düz qırx il keçir. Doğulduğu Xolqaraqaşlı kənd qəbiristanlığında dəfn edilən Umudvar Quliyevin qəhrəmanlığı isə heç vaxt unudulmur. Qardaşı Eyvaz Quliyev onun qəhrəmanlığı ilə qürur duyduğunu deyir.

İllər keçsə də, Əfqanıstan döyüşçüsü Umudvar Quliyevin qəhrəmanlığı heç vaxt unudulmayacaq, adı xalqımızın qan yaddaşında əbədi qalacaq.

BAKU.WS
VİDEO