SİZİN REKLAM BURADA!
055 213 76 73


Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə başçı təyin olunub.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

BAKU.WS