SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Tovuz rayon sakini 1997-ci il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

BAKU.WS
VİDEO