SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı COVID-19-a yoluxub.

BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O deyib ki, yoluxanlardan biri vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub.

Qeyd edək ki, Rusiyada son sutka ərzində daha 6719 nəfər yeni növ koronavirusa yoluxub, ölkə üzrə ümumi yoluxma sayı 641 156-ya yüksəlib. Ötən sutkada virus daşıyıcısı olan 93 nəfər vəfat edib. Bununla pandemiya qurbanlarının sayı 9166-ya çatıb. İndiyədək 403 430 xəstə sağalıb.


BAKU.WS