SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb.

BAKU.WS