SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

BAKU.WS “BakuPost”a istinadən xəbər verir ki, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.

BAKU.WS