SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS-in xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə və Rusiya liderləri regional məsələləri, Liviya və Suriya münaqişələrini müzakirə ediblər.

Bundan başqa, telefon danışığı zamanı yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə və pandemiyadan sonrakı dövrdə hər iki dövlətin atacağı addımlarla bağlı fikir mübadiləsi aparılıb.

BAKU.WS