SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki,  nazirliyin "112" qaynar telefon xəttinə 1 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyətli dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

BAKU.WS