SİZİN REKLAM BURADA!
055 213 76 73


Yəqin ki, hər birimizin ətrafında, xüsusi ilə də rayonlarda iş tapmaqda çətinlik çəkən gənclər var.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, artıq belə şəxslər üçün iş tapmaq asanlaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb. Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Dövlət Məşğulluq Xidmətinin sözçüsü Əsmər Nəcməddinqızı deyir ki, peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq.

“Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.” –deyə DMX rəsmisi qeyd edib.

Hazırda nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.

BAKU.WS
VİDEO