SİZİN REKLAM BURADA!
055 213 76 73


Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

BAKU.WS Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

BAKU.WS
VİDEO

QALEREYA