SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Cabir Əflatun oğlu (soyadı dəqiqləşdirilir-red) naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş yarası diaqnozu qoyulub.

BAKU.WS