SİZİN REKLAM BURADA!
055 213 76 73


Feministlərin icazəsiz 8 Marş aksiyasının hicablı iştirakçısı Zəhra Kələntərova şiddətə məruz qalıb.

BAKU.WS xəbər verir ki, aksiyanın səhəri günü - 9 mart tarixində dayısı evlərinə hücum çəkib.

Aksiyada iştirak etdiyinə görə Zəhranı döyüb, təhqir edib və boğmağa çalışıb. Anası Fatimə xanım qızını qorumaq istəyərkən onu da döyüb. Bacısını və bacısı qızını döyməklə sakitləşməyən dayı evdəki bəzi əşyaları sındırıb. Gedərkən Zəhranı və anasını öldürəcəyilə təhdid edib.

“Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə "söhbət eləmək" niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi. Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi,” Kələntərova facebook səhifəsində yazıb.

16 yaşlı Zəhrə dayısının dostu tərəfindən də ölümlə hədələndiyini bildirir. Ona yazılam müsajları skrin edərək paylaşıb.

Hüquq mühafizə orqanları bu məlumatlarla bağlı hələ şərh verməyib.

Xatırladaq ki, martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırılıb. Yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS