SİZİN REKLAM BURADA!
055 213 76 73


“Məclisdə 8-10 xanım əyləşir. Qızlar yeyib-içir əylənir. Başqa masalar kənardan baxır, onlar da biri-birilərinə badə vuraraq sağlıq deyirlər. Elə şeylər var ki, bəzi xanımların özləri də bu halların baş verməyini istəmirlər”.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri “Səhər-səhər” verilişində müğənni İzzət Bağırov deyib.

Sənətçi qadınlarda bəyənmədiyi xüsusiyyətləri açıqlayıb. İzzət içki içib, siqaret çəkən qadınları tənqid edib: “20-25 yaşında gənc xanım siqaretdən, içkidən istifadə edir. Daha sonra evlənir və xəstə uşaq dünyaya gətirir. Əvvəlini fikirləşmirlər ki, bu səbəbdəndir”.

O, saçını boyayan kişi həmkarlarına da münasibət bildirib: "Bəzi kişilərdə görmək istəmədiyimiz hallar var. Bəzilərinin geyimini, danışığını, saçını boyamasımı bəyənmirik. Kişinin saçını boyamasına pis baxmıram, amma heç vaxt boyamaram. Qara boyanı vururlar, çıxırlar efirə ki, qəşəng görünsün. Onsuz da bilinir ki, bu, sənin deyil. Üzlərinə nə qədər botoks doldururlar”.

BAKU.WS
VİDEO