SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd ki, Ə.Əhmədzadə 1945-ci ilin yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olub. Sabah onun 75 illik yubileyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan əlavə Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

BAKU.WS