SİZİN REKLAM BURADA!
055 213 76 73


Rayonda keçirilən xüsusi əməliyyat zamanı həbs olunduğu deyilən Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Memarlı və tikini şöbəsinin müdiri Sənan Mustafayev danışıb.

O, BAKU.WS-in bölgə muxbirinə açıqlamasında haqqında yayılan məlumatların əsası olmadığını bildirib. Baş memar bildirib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır.

"Hazırda Bakıdayam, iclas idi bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram".

Ağatafa rayon Mərkəzi Xəsətəxanasının baş həkimi Fatma Vəliyeva da BAKU.WS-in bölgə muxbirinə hıbs xəbəri ilə bağlı açıqlam verib. 
"Yayılan xəbərlər doğru deyil. Mən sabah rayonun Düz Qışlaq kəndində Yaponiya səfirliyinin iştirakı ilə həkim məntəqəsinin açlışında iştirak edəcəm. Bizimlə millət vəkilimiz Məlahət İbrahimqızı da olacaq. İşimdəyəm heç bir qanunsuz əməlim yoxdur məni həbs edələr".

BAKU.WS