SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Suriyanın Türkmən dağı bölgəsində müxaliflərin əlindəki son kənd olan Rabia qəsəbəsi də Bəşər Əsəd rejiminin nəzarətinə keçib.
 
BAKU.WS-in məlumatına görə, Bəşər Əsədin silahlıları və Rusiya Hərbi Hava Qüvvələrinin havadan dəstəyi nəticəsində Lazkiyenin şimalındakı strateji ərazi tam olaraq nəzarətə götürülüb.
 
Rusiya KİV-i yazır ki, türk qırıcıları tərəfindən vurulan SU-24 təyyarəsinin paraşütlə tullanaraq xilas olmaq istəyən pilotunu öldürənlər axtarılır. 

Pilot Oleq Peşkovu vuran türk komandir Alparslan Çelik və dəstəsinin bölgədə olduğunu yazan rus KİV-i intiqam alınacağını bildirib. Döyüş bölgəsinə Türkiyənin Elazığ şəhərindən gedən Alparslan Çelik döyüş təyyarəsinin vurulmasından sonra pilotun öldürüldüyünə dair açıqlama vermişdi. 
 
BAKU.WS