SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam verib. 
 
BAKU.WS-in məlumatına görə, prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır ki, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz.
 
Qeyd edək ki, dəyişiklikdən əvvəl 250.3-cü maddədə "tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin doxsan doqquz ildən çox ola bilməz" ifadəsi yer alırdı.
 
BAKU.WS