SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən bu qızı tanımıram və barəsində ve heç nə deyə bilmərəm. Amma mənə maraqlıdır, bu xanım özünü Azərbaycan gözəli adına layiq bilirmi? Məncə bizim rayonlarda elə qızlarımız var ki, heç silikon, makiyaj nədir bilmirlər, amma bu qızdan 10 000 dəfə gözəldirlər".

Bu sözləri tanınmış prodüser və aparıcı Tarix Əliyev "Azərbaycan gözəli 2019" müsabiqəsinin qalibi Melisa Nuriyeva barəsində deyib.

BAKU.WS  xəbər verir ki, Tolik "İnstagram" hesabında qalibiyyəti birmənalı qarşılanmayan Melisanı Azərbaycan gözəli adına layiq bilmədiyini və bu qalibiyyətin altında qaranlıq məqamların olduğunu ifadə edib:

"Bu yarışmaları keçirən insanlar İnsan Alveri ilə Mübarizə idarəsinı çağırılmalıdırlar və cavab verməlidirlər ki, görək qalibi hansı kriteriyalara uyğun seçirlər. Yaxud da hansı daydayın sifarişi ilə seçilirlər və bunları hansı sponsor seçir".

Qeyd edək ki, Melisa Nuriyevanın "Azərbaycan gözəli 2019" yarışmasının qalibi olması ictimaiyyətin etirazına səbəb olub.

Aysel
BAKU.WS