SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS xəbər verir ki, son zamanlar müxtəlif mükafatlandırma mərasimlərinin çoxluğundan dilə gələn müğənni Səbinə Əskərova əsəblərini cilovlaya bilməyib.

Sənətçi şəxsi instagram hesabında gözəllik yarışmaları keçirən və ilin ən yaxşılarını təyin edən təşkilatçılara bunları deyib:

Məndən heç kəs inciməsin. Bəsdirin camaatı gic yerinə qoydunuz. Sözüm geydirmə gözəllik yarışmalarının təşkilatçılarınadır. Hərə üç aydan bir on nəfəri yığıb gözəl seçir. Adını da qoyur Azərbaycanın gözəli filankəs. Kim seçdi, harada seçildi? Hansı bədən ölçüləri və üz cizgilərinə görə seçildi o gözəl? Səhv etmirəmsə, burada seçiləndən sonra həmin “gözəl” beynəlxalq gözəllik yarışmasına da qatılmalıdır axı. Niyə burada seçilir və yoxa çıxır? Heç olmasa, Azərbaycanın ən gözəli adını verməyin. Bu işi ya ciddi – rüşvətsiz görün, ya da başqalarına həvalə edin. Sözüm eyni ilə mükafat alan bəzi müğənnilər, aparıcılar, gətiricilər və ötürücülərədir. Özünüzə hörmət edin, özünüzü aldatmayın. Bir də görürsən ki, ilin ən yaxşı mahnısı, müğənnisi, klipi seçirlər. Harada oldu ilin ən yaxşı müğənnisi? Hansı ki, heç bir dəfə eşidilməyib. Ya da elə əndrəbadi müğənniyə ilin ən yaxşı müğənnisi mükafatını verirlər ki, o müğənnini qohumlarından başqa heç kim tanımır. 200 manata heyfiniz gəlsin. Hamı sizə gülür. Həm gülünc vəziyyətə düşürsünüz, həm də pulunuz gedir.”

Bir neçə məşhur isə öz növbəsində şərhləri ilə müğənniyə dəstək olublar.

Hüseyn Məmmədsalahov
BAKU.WS