055 213 76 73
Azərbaycanda intellektual, müasir gənclik formalaşır. Onlar artıq hər hansı hadisəyə mövqelərini azad şəkildə analitik təfəkkürlə sərgiləyirlər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, müasir Azərbaycan gəncliyi qlobal miqyasda informasiya texnologiyaları ilə maraqlanır, dünyadakı müasir trendləri ölkədə tətbiq edir. Gənclər artıq müasir biznes əlaqələri qurmaqla yanaşı, sosial yönümlü biznes əlaqələrinə də maraq göstərir, onların yerli mühitə uyğunlaşdırılması yollarını araşdırırlar.
Bu gənclərin rolunun artmasının əhəmiyyətli motivlərindən biri onların təhsil sahəsində əldə etdikləri biliklərdir.
Bu baxımdan xaricdə təhsil almaqları da onlar üçün fürsətdir. Dövlətimiz hər zaman gənclərin yüksək təhsil almasına xüsusi diqqət yetirib”.
O qeyd edib ki, son dövrlərdə özəl və dövlət sahələrində gənclərin yüksək vəzifələrdə təyinat alması nümunələrinin sayı artır: “Xaricdə təhsil məsələsində azərbaycanlı gənclər heç də öz yaşıdlarından kənarda qalmır və uğurlu nəticələr əldə edirlər.
Eyni zamanda xaricdə təhsil alanlar artıq ölkəyə qayıdıb burada işləməyə maraq göstərirlər. Bir sözlə, təhsilin hər bir gəncin xarakterinin formalaşmasında xüsusi rolu var”.
Bununla da təhsilini xaricə başa vurmuş şəxslərin Azərbaycandan kənarda kadr kimi daha müasir dünya görünüşünə malik şəxs kimi formalaşmasına imkan yaranır. Töhfəni də azərbaycanlı kimi həm ölkədən kənarda, həm də Azərbaycanda verə bilir”.
Bir çox şərqi Avropada təhsil almağa gedən gənclərimiz burada yüksək maaşla işə dəvət olunur. İlk illərlə müqayisədə təhsil almaq imkanı da artıb, ölkəyə qayıtma nisbəti də artıb.
Daha mütərəqqi elmə yiyələnmək gənclərin dünya görüşünün yaxşı şəkildə formalaşmasına imkan yaradır. Azərbaycanda intellektual, müasir gənclik hər hansı hadisəyə mövqelərini azad şəkildə bildirə bilməyi də yüksək səviyyədə bacarırlar.
Gənc nə qədər mütərəkki biliyə malik olsa kənar təsirə müqavimət imkanı o qədər çox olur.
80-90-cı illərin gəncliyində valideynlərindən, dövlətdən və başqalarından gözləntilər çox idi. İndiki gənclər öz ayaqları üzərində müstəqil dayanmağa can atırlar və hər gün buna daha çox nail olurlar.
30 il əvvəllə müqayisədə onu daha çox müşahidə edirəm ki, əvvəllər gənclər daha çox dövlət işində işləməyə can atırdılar. Müasir gənclərin əksəriyyəti biznesdə özlərini sınamaq, uğurlar əldə etmək istəyirlər.
Texnologiyaların ölkəmizdə uğurla tətbiqi bunu daha da asanlaşdırır. Onlayn biznes, bloqqerlik, sosial media marketinq kimi bir çox yeni fəaliyyət sahəsinin ilk “qaranquşları” da elə gənclərimiz oldu.
Eyni zamanda öyrənməyə maraq da çoxalıb. Bu gün kitabxanalar gənclərlə doludur. Onlar sadəcə universitet bilikləri ilə kifayətlənməyərək, eyni zamanda kurslara, təlimlərə gedirlər.
Əvvəlki gənclər bunu demək olar ki, etmirdi. Ölkədə aparılan gənclər siyasəti çox uğurlu alınıb və uğurla da davam edir. Müasir gənclər innovasiyalar yaratmaq istəyirlər və bu sahədə çox iddialı görünürlər”.