SİZİN REKLAM BURADA!
055 213 76 73



Birinci sinifdə oxuyandan Türkan Şorayın fanatına çevrilən Necla Aslan 57 il öncə onunla görüşüb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzetlərdən kəsib yapışdırdığı şəkillərdən ibarət bir albom düzəldən Aslan illərdir qurduğu xəyalı gerçəkləşdirib.

Türkan Şoray illər sonra onu evinə dəvət edib və Neclanın albomu ilə tanış olub.

Diyarbəkirdə yaşayan və arzusunun reallaşmasına görə özünü xoşbəxt hiss edən Necla bunları deyib:

“57 il əvvəl bu albomu hazırlamağa başladım. Elə bil yuxudayam. Arzumun reallaşmasında əməyi keçən hər kəsə və sultanım Türkan Şoraya təşəkkür edirəm”.

BAKU.WS