SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

Trend-in “Ural Airlines”aviaşirkətinin rəsmi saytına istinadən məlumatına görə, aviaşirkətin yerli vaxtla saat 21:20-də “U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub.

Uçuşun hansı səbəbdən təxirə salındığı məlum deyil.

BAKU.WS