SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Ədalət Şükürov iflas olmasından danışıb.

BAKU.WS
xəbər verir ki, "5-də 5" verişinin qonağı olan Şükürov ona uğursuzluq gətirən, yada salmaq istəmədiyi illərdən söz açarkən 1998-ci ildə yaşadıqlarından danışıb.


Vaxtilə Rusiyada bizneslə məşğul olan ifaçı ölkədə baş verən devalvasiya nəticəsində bir gecənin içində iflasa uğradığını bildirib:


"O vaxtın nəhəng bir şirkətində işləyirdim. Alüminiumla məşğul idik. Bundan başqa böyük bir nəşriyyatımız vardı. Çox tanınmış bir şirkət idi. Mən Sankt-Peterburq filialına rəhbərlik edirdim. Pulun miqdarı Rusiyada düşdü və biz bir gecənin içində iflas olduq. Elə bil 100 manatın vardı, səhər yuxudan oyananda 1 qəpik oldu".


BAKU.WS