SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı əməkdar artist Ədalət Şükürov olub.

Əməkdar artist ailədə çox ciddi biri olduğunu deyib:

“Mən həmişə demişəm ki, səhnədə artist olmaq lazımdır, həyatda yox. Bir çoxu həyatda da artistliyi davam edir. Mən ailədə çox ciddi bir insanam. Müğənnilər öz övladlarının və həyat yoldaşlarınıb rəsimlərini paylaşırlar. Mən göstərmirəm və göstərmək də fikrim yoxdur.

Çünki mən istəmirəm ki, məni və mənim ailəmi tanımayan hansısa cılız, özünə hörmət etməyən bir adam “İnstagram”da nəsə bir şəy yazsın. Açığı mən sosial şəbəkələrdən çox narahatam. Ona görə nə mənim nə də ailəmin orda yeri yoxdur”.

BAKU.WS