SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin son günlərində türkiyəli müğənni Sılan Gencoğlunun Bakıdakı konserti ən yadda qalan tədbirlərdən biri oldu. Tanınmış ifaçı Bakı Konqres Mərkəzində sevənləri ilə görüşdü.

BAKU.WS xəbər verir ki, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü, “Kevents Group”un təşkilatçılığı ilə baş tutan gecə anşlaqla yadda qaldı.

Baş tutan konsertdə Sıla sevilən mahnıları ilə tamaşaçılarını heyran etdi. Gecədə böyük alqışla qarşınan məqam isə Sılanın musiqi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısınını ifa etməsi olub.



Alqışların susmadığını görən ifaçı “Bilsəydim bütün repertuarımı bu mahnılardan ibarət edərdim” deyib və bek vokalını yanına dəvət edərək daha bir Azərbaycan mahnısını ondan oxumasını istəyib.

Beləliklə konsertdə səslənən ikinci Azərbaycan mahnısı, musiqisi Tofiq Quliyeva, sözləri Rəsul Rzaya aid olan "Sənə də qalmaz" olub.

Məlumat üçün bildirək ki, bu, Sılanın Bakıda pərəstişkarları ilə ilk görüşü idi.

Hüseyn Məmmədsalahov
Foto: Ramin Aslanov
BAKU.WS