VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar 1991-ci təvəllüdlü Qəmbərova Kəmalə Mahir qızı və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

BAKU.WS