SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.
 
"Niva” markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS