VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.

 
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya mətbuatının yaydığı fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib. 

Xatırladaq ki, məhkəmə Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb.

Qeyd edək ki, gələn ilin iyununadək Zamirə Hacıyeva ev dustağı olacaq. O, elektron qolbaq taxmaq, axşam və gecə saatlarına küçəyə çıxmamaq və hər gün polis bölməsində qeydiyyatdan keçmək məcburiyyətindədir. Bundan əlavə, Hacıyevanın pasportu da polis bölməsində qalacaq. 

Hüseyn Məmmədsalahov
BAKU.WS