SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəhşətli ölüm hadisəsi baş verib.


Publika.az-ın əldə etdiyi məlumata görə, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.


Bildirilir ki, “MAZ 5335” markalı yük kranını Mətləb Orucov adlı şəxs idarə edib. Hadisə kranın kəmərinin düzgün bərkidilməməsi səbəbindən baş verib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


BAKU.WS