SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ ordusunun ən cazibədar xanım hərbçisi təqvim üçün yeni çəkilişlər edib.

BAKU.WS
xəbər verir ki, 29 yaşlı Şennon İhrke İhrke ağır silahlarla fotolar çəkdirib.


19 yaşında orduya daxil olan və 4 il xidmət aparan Şennon İhrke bildirib ki, Dəniz Qüvvələrində xidmət edən bir qadın kişilərlə eyni olmaq üçün iki dəfə çox çalışmalıdır:


“Bir çox dənizçi onlara ayaq uydura bilməyəcəyimi, onlar qədər güclü ola bilməyəciyimi düşünürdü. Onları məyus etmək üçün üzərimdə çox işlədim. Çox çətin idi, amma bacardım”.


İhrke zabit kimi bütün dünyanı gəzib və İllinoys ştatındakı kollecdə də təhsil alıb. Ordudan ayrıldıqdan sonra isə modelliyə başlayıb:


“Modellik üçün də çox çalışmaq lazımdır. Dəniz Qüvvələrinə borcluyam. Oyanmaq, özümü məcbur etmək, hədəflər qoymaq, iş çətinləşən kimi savaşmaq üçün mənə bir səbəb verdi”.


Şennon bildirib ki, başqa hədəfləri olmasa, tərəddüd etmədən yenidən orduya yazılardı.


Cavid Babayev
BAKU.WS