055 213 76 73
Bu gün Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.
ETSN-dən BAKU.WS-ə verilən xəbərə görə, Nazirliyin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.