SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır.

BAKU.WS xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olaraq həyata keçirilir.

Hamımızda böyük əminlik vardır ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa zamanda işğal olunmuş torpaqlarımız düşməndən azad olunacaq.

Hazırda Vətənimizin tarixi yazılır. Ordumuza, Xalqımıza, ölkəmizin rəybərliyinə dəstək olmaq, tutduğu vəzifədən asılı olmayaraq, öz bilik sahəsində var gücü ilə çalışmaqla adekvat faydasını göstərmək hər bir vətəndaşın borcudur.

BAKU.WS
QALEREYA