SİZİN REKLAM BURADA!
055 213 76 73


“Koronavirus pandemiyası, bəlkə də, bəşəriyyət üçün "son çağırışdır", insanları mənəvi həyata yönəltməyə çağırır”. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Moskvaətrafı Peredelkino şəhərində yerləşən Aleksandr Nevski Kilsəsində ibadətdən sonra çıxışı zamanı söyləyib.

Krillin sözlərinə görə, bəlkə də, insan nəsli müəyyən bir nöqtəyə gəlib və geri dönməyin bir nöqtəsi olmaması üçün Rəbb bizi belə bir vəziyyətə salır ki, həyatın ən yaxşı illərinin, bütün zehin və iradəmizin verdiyi mənasızlığı görə bilək: “Çıxarmalı olduğumuz əsas nəticə ondan ibarətdir ki, bu kimi hadisələr, əlbəttə ki, Tanrıdan gizlin baş vermir. Bu, çox güclü və bəlkə də, hamımız üçün son çağırışdır”. 

Rusiyanın Patriarxı epidemiyanın insanlardan "özlərinə qarşı çox böyük məhdudiyyət tətbiq etməyi" və "şəhvət qanunlarına uyğun, nəfsin köləsi olaraq yaşamamağı" tələb etdiyini vurğulayıb.

BAKU.WS