SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) iştirakçılarına müraciət ünvanlayıb.

BAKU.WS-in məlumatına görə, təbrik məktubunu konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/70284


Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70294


Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/70299


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyubun komaya düşməsi barədə xəbər yayılıb.

Sabiq TQDK sədirinin vəziyyəti ilə bağlı son durumu Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli paylaşıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70308


Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70313


Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina təhsilə cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb.

Bildirib ki, Raskopa Anjelinanın Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70321

BAKU.WS