Sabiq nazirin qızı Suad Qarayevanın gözündə Məhsəti Gəncəvi əxlaqsız qadın imiş

Sabiq nazirin qızı Suad Qarayevanın gözündə Məhsəti Gəncəvi əxlaqsız qadın imiş
Video
Video 164

Sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmdən epizodlar yayılıb.

BAKU.WS xəbər verir ki, filmdə Azərbaycan mədəniyyətinə qarşı açıq-aydın hörmətsizlik, milli dəyərlərin məqsədli şəkildə alçaldılması müşahidə edilir.

Son günlər Suad Qarayevanın "Məhsəti" adlı qısametrajlı filmi sosial şəbəkələrdə də sərt şəkildə tənqid edilir.

Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı "Məhsəti" filminin premyerası Kaliforniyada keçirilən "Mammoth Lakes" Beynəlxalq Film Festivalında baş tutub.

Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura hesab edib ki, bu filmdə etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Bu səbəblə də Bakıda onun nümayişinə qadağa qoyulub.

Suad Qarayeva Əbülfəs Qarayevin yeganə övladıdır. Modern.az-ın əldə etdiyi məlumata görə, o, Londonun Ali İqtisadiyyat Məktəbinin fəlsəfə və dövlət siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək karyera qurmağa nail olub.

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib.

Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də Rusiyada Əbülfəs Qarayevin ailə üzvlərinə, o cümlədən Suad Qayarevaya məxsus şirkətlər fəaliyyət göstərir.

Son xəbərlər