Beş binanın sakinlərindən şikayət: "Əziyyət çəkirik!"
Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən beş binanın həyətində aparılan abadlıq işləri yarımçıq qalıb.
Sakinlərin Baku TV-yə bildirdiklərinə görə, təxminən üç ay əvvəl ərazidə söküntü və abadlıq işlərinə başlanılıb, lakin bir müddət sonra işlər dayandırılıb.
"Neçə aydır ki, bu vəziyyətdən əziyyət çəkirik. Üç ay əvvəl ərazidə, binaların fasadlarında işlərə başlanıldı. Amma iki aydır ki, heç bir iş görülmür. Binaların arasındakı asfalt örtüyü sökülüb, ərazi toz-torpaq içində qalıb. Payızda bura palçıq olacaq", - deyə sakin gileylənib.
Sakinlər məhəllədə yerləşən mərasim evinin fəaliyyəti ilə bağlı da narazılıqlarını ifadə ediblər. "Mərasimlər zamanı mərhumun yaxınları və qohumları gəlirlər, çox sayda avtomobil əraziyə toplaşır. Bu isə məhəllədə sıxlıq yaradır", - deyə sakin əlavə edib.
Oxşar xəbərlər
İçərişəhərdə utancverici mənzərə: Sosial şəbəkələrdə etiraz doğuran problem
İçərişəhərdə tarixi binaların divarlarına müxtəlif yazıların yazılması sosial şəbəkələrdə narazılığa səbəb olub. Yayılan görüntülərdə tarixi binaların üzərinə a...