SİZİN REKLAM BURADA!
055 213 76 73


Dilənmək istəmədiyi üçün atası tərəfindən bıçaqlanan 11 yaşlı Canəli ATV-nin "Bizimləsən" proqramına gəlib. 

BAKU.WS xəbər verir ki, onunla birlikdə anası, nənəsi, bibisi və ondan kiçik qardaşı da efirə çıxıb.

Ailə üzvləri atanın narkotik istifadəçisi olduğunu və mütəmadi olaraq uşaqlarla birlikdə diləndiyini deyiblər. Uşaqlar dilənmək istəmədikdə isə dava salırmış. Hadisə baş verən gün Canəli dostu ilə vaxt keçirib. O, evə qayıtdıqda dilənməyə getməyib dostuyla zaman keçirdiyi üçün atası onu döyüb və başından bıçaqlayıb.  

Xatırladaq ki, sözügedən hadisə ötən həftə Bakıda - Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu 2009-cu il təvəllüdlü övladı İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib. 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub və İsmayılov Fikrət Hüseynqulu oğlu saxlanılıb.

BAKU.WS
VİDEO