SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda onlarla şəxs koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.

Hazırda həmin şəxslərin müalicəsi davam edir.

BAKU.WS xəbər verir ki, “report”un əməkdaşları koronavirus epidemiyası ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Sorğu iştirakçılarına iki sual ünvanlanıb:

Sizin fikrinizcə, koronavirus nədir - süni şəkildə yaradılmış kütləvi qırğın silahı, yoxsa 21-ci əsrin xəstəliyi? Virus və soyuqdəymədən necə qorunursunuz?

Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir.

Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir.

Virus daşıyıcılarının sayı isə 83 380-dən çoxdur.

Epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

BAKU.WS
VİDEO