SİZİN REKLAM BURADA!
055 213 76 73


Qanlı 20 yanvar hadisələrinin canlı şahidələrinin sayı hesabı yoxdur.

Həmin gecə baş verənləri öz gözləri ilə görüb, fotokameranın gözü ilə dünyaya çatdıranlardan biri də tanınmış fotojurnalist, əməkdar mədəniyyət işçisi Fərid Xayrulindir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, yanvarın 22-də faciə qurbanlarının dəfni üçün Azadlıq meydanına toplanan insanların fotosu onun ən məşhur işlərindən biridir.

O, həmin gecəni isə belə xatırlayır.

“19-dan 20 keçən gecə mənə redaksiyadan zəng etdilər və olanlar barəsində məlumat verdilər. Dedilər ki, səhər tezdən işdə olmaq lazımdır.

Mən həmin səhər öz doğma qardaşımı Moskvaya ezamiyyətə yola salmalı idim.

İlk növbədə mən təbii olaraq aereporta zəng etdim ki, təyyarə barəsində məlumat alım.

Polkovnik İvanov mənə dedi ki, aereport işləyir amma komendant saatıdı.

Komendant saatı tətbiq olunmuşdu amma teleqüllə partladıldığından caamatın bundan xəbəri yox idi. Buna görə də, saat 6-a kimi evdən çıxmamağı tapşırdılar.

Yolun tən ortasında “Kamaz” vardı. Maşının yan şüşələri güllədən dəlmə-deşik olmuşdu. Oradan iri dəliklər açılmışdı.

Salonda isə dəhşətli bir mənzərə var idi. İnsanların qətliamı idi, qan, cırılmış qanlı paltarlar və daha nələr, nələr.

Mən şəhəri dolaşdıqca bildim ki, ən dəhşətli mənzərə “Salyanski” kazarmanın yanında olacaq. Mən maşından enəndə atəş səsləri eşitdim”.

Qeyd edək ki, Fərid Xayrulinin yanvar hadisələri zamanı çəkdiyi şəkillər beynəlxalq informasiya agentiklərində nəşr olunub.

Dəhşətli şərtlərə baxmayaraq, o, işləməyə davam edib.

Çəkdiyi fotolar bu gün də həmin gecənin acısını, dəhşətini göstərir.

BAKU.WS
VİDEO