SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayan 1993-cü təvəllüdlü Məmmədova Günay Akif qızı 2011-ci ildə itkin düşüb.

BAKU.WS xəbər verir ki, ailəsilə birlikdə Rusiyanın Tula şəhərində yaşayan Günay rəfiqəsi Daşdəmirova Şəhla Əlibaba qızı ilə birlikdə Moskvada kafedə işləyib.

"Səni axtarıram" proqramına gələn qadın qızı ilə sonuncu dəfə sentyabr ayının 22-də əlaqə saxladığını deyir:

"Günay ağlaya-ağlaya dedi ki, Şəhla məni döyür, pis günə salıb. sizə göndərdiyim pulu və əmanəti sizə gçatdırmayıb. Dedim, telefonu Şəhlaya ver. Şəhla mənə pis sözlərlə təhqir etdi və "Sənin qızını ortadan götürəcəm" dedi. O gündən qızımdan xəbər yoxdu".

Ailə həmin telefon zəngindən sonra Günayla əlaqə saxlaya bilməyib. Onun itkin düşməsilə bağlı polis məlumatlandırılıb. Lakin bu illər əörzində nə dirisindən, nə də ölüsündən bir məlumat yoxdur. 

Hazırda Tulada yaşayan Şəhla Günayın harada olması barədə məlumatsız olduğunu deyir. Onun sözlərinə görə, Günay dava salıb və evdən gedib.  

Günay 15 yaşında ərə verilib. 8 il əvvəl - 18 yaşında itkin düşüb. Hazırda 26 yaşlı Günayın 11 yaşında oğlu olduğunu bildirib. Anası itkin düşən zaman uşağın 2 yaş yarımlıq olub. 7 yaşınadək nənəsinin himayəsində olub. Daha sonra atası azyaşlını uşaq evinə verib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO