SİZİN REKLAM BURADA!
055 213 76 73


Ananın ev qarşılığında uşaq sahibi olmayan xalasına verdiyi Amil ananın yanına qaçıb.

BAKU.WS 
xəbər verir ki, azyaşlı xalanın əri tərəfindən təzyiq gördüyünü və kölə kimi işlədildiyini bildirib:

Aydın (Xəyalənin xalası Nərgizin üçüncü əri) Nərgizə (Xəyalənin xalası) hirslənəndə mənim də günümü qara edirdi: 

"Aydın Nərgizə hirslənəndə mənə deyirdi ki, sənin gününü-talehini qara edəcəm. Məni incidirdi... Cücələrə baxırdım, altlarını təmizləyirdim, qabları yuyurdum. Soğana yığmağa da aparırdılar. Dözmədim qaçdım".  

Amil, anası Xəyalə və dayısı "Səni axtarıram" proqramına gələrək uşağın qəyyumluğunun geri qaytarılması üçün kömək istəyirlər. Problem ondadır ki, Amilin qəyyumluğu Xəyalənin xalasının əri Aydına məxsusdur. Belə ki, uşaq sahibi ola bilməyən xala öz bacısı qızı Xəyaləni aldadaraq yeganə övladını əlindən alıb. Aydın xalanın üçüncü həyat yoldaşıdır.

Verdikləri vədə əməl etməyən Nərgiz və həyat yoldaşı Aydın uşağı geri qaytarmaqdan imtina edirlər. Uşağı isə kölə kimi işlədirlər.

Qeyd edək ki, Amilin anası Xəyalə xanım ötən telemövsümdə "Səni axtarıram" proqramına gələrək yeganə övladının aldadılaraq əlindən alındığını demişdi. Xəyalənin sözlərinə görə, 4 il əvvəl xalası v ə əri onun oğlu Amili ev qarşılığında ondan alıb. Yəni xala və əri ona söz veriblər ki, onun oğlunun adına ev alacaqlar. Bu vədlərlə ananı aldadaraq qəyyumluq sənədinə imza atdırıblar. Əməlindən peşiman olan ana uşağı geri qaytarmaq üçün məhkəmələrə müraciət etsə də hər dəfə məğlubiyyətlə üzləşir.

Aydın dəfələrlə anasının yanına qaçsa da, qanuni qəyyumunun yanına geri qaytarılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO