SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bayram günü kəndin sakinləri əsas küçədə cərgə ilə düzülərək bir-birilə salamlaşıb-qucaqlaşıblar və bayramlaşıblar.

Onlar bu addımla bir-birilərinə qarşı sevgi və qardaşlıqlarını nümayiş etdiriblər.

Bu mərasimin ən maraqlı tərəflərindən biri də budur ki, hətta il boyu ədavəti olanlar belə həmin gün barışırlar.
BAKU.WS
VİDEO

QALEREYA