SİZİN REKLAM BURADA!
055 213 76 73



Vətəndaşların mənzillərə sahib olmaq imkanları genişlənir.

BAKU.WS xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun Nizamnamə kapitalı artırılıb.

İqtisadçı ekspert Vüqar Bayramov Xəzər TV-yə deyir ki, ötən gün dövlət başçısının imzaladığı fərman hesabına yüzlərlə ailə ev almaq fürsətindən yararlanacaq.

Vüqar Bayramovun sözlərinə görə, ayrılan vəsait ilk növbədə satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin fond tərəfindən alınmasına sərf ediləcək.

İqtisadçı bildirib ki, 100 milyon manat vəsaitin bir hissəsi də ipoteka kreditləri üçün nəzərdə tutulub.

Maliyyə Nazirliyi və İpoteka və Kredit Zəmanət Fonduna bir ay müddətində fərmanın icrasını təmin etmək tapşırılıb.

BAKU.WS