Paytaxtın mərkəzi küçələrindən birində yolun bir zolağı parkinq məqsədilə zəbt edilib. Söhbət Yusif Vəzir Çəmənzəminli və Xan Şuşinski küçələrinin kəsişməsindən gedir. Burda yolun sağ zolağında avtomobillər park edildiyindən sürücülər dönmək üçün məcbur olaraq qayda pozurlar.

Sağa dönmək istəyən sürücülər ikinci zolaqla hərəkət etməyə məcbur olurlar. Səbəb birinci zolağı parklanan avtomobillərin zəbt etməsidir.

Yol kənarında park edilən avtomobillər demək olar ki, başdan ayağa küçə boyunca sağ zolağı tutub. Yusif Vəzir Çəmənzəmli küçəsi ilə gəlib sağa Xan Şuşinski küçəsinə dönmək istəyən sürücülər məcbur olaraq orta zolaqdan dönürlür. Çünki burda avtomobillər yolu zəbt etdiyindən zolağın eni 1 metrdən azdı. Belə olan halda isə qaydalar çərçivəsində hər hansı sürücünün sağa dönməsi qeyri mümkündü.

Sürücülər də mövcud vəziyyətdə qayda pozmağa məcbur olduqlarını deyirlər.

Maraqlıdır ki, yolun zəbt edilən hissəsində işləməyən parklanma aparatı da var. Ərazidə avtomobil saxlayan sürücülər bunun üçün ödəniş də edirlər. Parklanmaya nəzarət edən şəxs isə deyir ki, yolun bu hissəsi məhz parkinq üçün nəzərdə tutulub.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, hazırda bir sıra yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün işlər gedir. Sözügedən əraziyə də baxış keçiriləcək və hərəkətə mane olan hallar aradan qaldırılacaq.

BAKU.WS