SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq ölkə yollarında turistlər yol polisləri ilə rahat ünsiyyət qura bilirlər. Çünki get-gedə yol polisi əməkdaşları xarici dilləri öyrənməyə üstünlük verirlər. Belə yol polislərindən biri ötən gün reyd zamanı ərəb turistlə maraqlı dialoq qurub.

BAKU.WS
 Xəzər TV-yə istinadən xəbər verir ki, yol polisi sürücüyə əvvəlcə ''saxla'' işarəsi verib. Daha sonra isə yaxınlaşıb, özünü təqdim edib. Sürücünün əcnəbi olduğunu görən yol polisi ondan ingilis dilini bilib-bilmədiyini soruşub.

Yol polisi ilə əcnəbi sürücünün maraqlı dialoqu Baş Dövlət Yol Polisi İdarəsinin ''Saray'' postunda reyd zamanı çəkilib. Yol polisi serjantı Elvin Xankişiyev Səudiyyə Ərəbistanı Krallığı vətəndaşının sənədlərini yoxladıqdan sonra ona bəzi iradlar bildirib.

Sonda sürücüyə heç bir protokol tərtib edilmədən buraxılıb.

Elvin Xankişiyev deyir ki, ingilis dilini orta məktəbi oxuyarkən öyrənib. Daha sonra universitet illərində bir neçə il də kurslara gedib.

Qeyd edək ki, ölkə ərazisində avtomobillə qayda pozan xarici ölkə vətəndaşına protokol Azərbaycan dilində yazılır. Amma müsahibimiz deyir ki, çox vaxt o, sürücülərə əziyyət olmasın deyə yazdığı protokolu başqa bir kağızda da tərcümə edərək onlara verir. Hətta neçə gün ərzində ödənişin olması haqqında məlumat verir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, yol polislərinin əksəriyyəti rus, ingilis və alman dilini bilir. Mütəmadi olaraq idarədə yol polislərinə həmin dillər üzrə kurslar keçirilir.

BAKU.WS
]